Bu gün:
Xezer.info » İdman » “Türkiyəyə yuxarıdan aşağı baxmayın” - Xorvatiyalı futbolçu

“Türkiyəyə yuxarıdan aşağı baxmayın” - Xorvatiyalı futbolçu


“Türkiyəyə yuxarıdan aşağı baxmayın” - Xorvatiyalı futbolçu
"İspaniya və Çexiyanın işi asan olmayacaq. Çünki Türkiyə millisi çox mübarizdir. Onlara yuxarıdan aşağı baxmayın."

Bu sözləri Türkiyə mətbuatına açıqlamasında Xorvatiya millisinin futbolçusu Vedran Çorluka deyib. "Xezer.info" xəbər verir ki, o, Türkiyə-Xorvatiya (0-1) matçı haqqında da danışıb: "Həmin gün biz daha yaxşı idik. Oyunun taleyini həll edəcək çox imkanlarımız oldu. Amma fürsətləri dəyərləndirə bilmədik. Bizim üçün böyük qələbə oldu".

Xorvatiyalı futbolçu qrupdakı digər oyunlar haqda da danışıb: "İspaniya və Çexiya Türkiyə ilə problem yaşayacaq. Bir məğlubiyyətə görə türklərin zəif olduğunu düşünmək olmaz. Sadəcə Türkiyə millisi bir az hücum xəttinə diqqət etməlidir".