Bu gün:
Xezer.info » Siyasət » Nazir hərəkətləndi: Hüseynqulu Bağırovdan inqilabi islahatlar - Dosye

Nazir hərəkətləndi: Hüseynqulu Bağırovdan inqilabi islahatlar - Dosye


Nazir hərəkətləndi: Hüseynqulu Bağırovdan inqilabi islahatlar - Dosye
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov islahatlara başlayıb

Politika.Az-ın məlumatına görə, nazir kadr dəyişiklikləri həyata keçirir və fəaliyyətində nöqsan olanları vəzifəsindən uzaqlaşdırır.

H.Bağırov bölgələrdə, şəhərlərdə görüşlər keçirir, vətəndaşları qəbul edir, şikayət və problemlərini dinləyir. Baş ekoloqun hərəkətlənməsi və regionlardan axıb gələn şikayətlərin araşdırılması barədə göstərişləri bu sahədə ciddi irəliləyişlərə gətirib çıxarıb.

Məlumatda bildirilir ki, nazir meşə idarələrinin direktorlarına, regional şöbələrin rəislərinə qarşı amansızdır.

H.Bağırov sərt tələb qoyub ki, hər hansı əyalətdən rüşvətxorluq, özbaşınalıq və qanunsuzluq faktı barədə məlumat daxil olsa, dərhal tədbir görülsün və cəzalandırılsın. Elə bu məqsədlə ETSN-də kadr islahatları davam edir. Nazirin inqilabi reforması illərlə yığılıb qalan xeyli problemləri yüngülləşdirib.

Politika.Az-ın məlumatına görə, bununla belə ekologiya naziri barəsində anti-kampaniya aparılır. Mənbə iddia edir ki, kampaniyanın məqsədi naziri prezidentin gözündən salmaqdır.

Halbuki, prezident İlham Əliyev ona böyük etimad göstərib və istefaya gedəcəyi haqda ayrı-ayrı xəbər portallarında yayılan məlumatlar kampaniyanın tərkib hissəsidir.

Bildirilir ki, son illərdə Bakı və ətraf ərazilərdə, o cümlədən rayonlarda yaşıllaşdırma, ağacəkmə işləri sürətlənib. Nazirin göstərişi əsasında kütləvi tədbirlər planı həyata keçirilir.

Eyni zamanda meşələrin, yaşıllıqların məhv edilərək yerində qanunsuz tikililər inşa olunmasına qarşı amansız mübarizə aparılır. Bütün bu hərəkətlənmə və müsbət işlər yerlərdə bəzi məmurları həyəcanlandırıb. Onlar qanunsuzluq edə bilmirlər.

Ümumiyyətlə, keçən müddət ərzində ölkənin ekoloji durumunun sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, mövcud su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye-məişət, o cümlədən təhlükəli tullantıların utilizə olunmasının təmini istiqamətində intensiv işlər aparılıb.

Son bir ildə Xəzər dənizinin çirklənmədən qorunması, habelə əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılıb.