2 əsgər şəhid oldu, yaralılar var
12-fev-2017Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl Babın 60 faizinə nəzarəti ələ keçirib
Türk Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçırdiyi “Fərat Qalxanı” əməliyyatı çərçivəsində 1 əsgərin şəhid olduğu deyilir.
Xezer.info “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, bir əsgər də yaralanıb.
TSQ və Azad Suriya Ordusu Əl Babın 60 faizinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Digər bir şəhid xəbəri isə Qaziantepdən gəlib. İki gün əvvəl Rusiya qırıcısının səhvən vurduğu türk əsgərlərin olduğu binada yaralanan 26 yaşlı baş çavuş Sedat Atalay müalicə aldığı Qaziantep xəstəxanasında həyatını itirib.
Beləliklə, rus qırıcısının səhvi ucbatından həyatını itirən əsgərlərin sayı 4-ə yüksəlib.