Rusiya XİN rəsmisi Azərbaycana görə erməni jurnalisti lağa qoydu - Video
12-fev-2017Fevralın 9-da keçirilən birifinqin videosu yayılıb
“Bu çox yaxşı haldır ki, Ermənistan kütləvi informasiya vasitələri Ermənistan KİV Rusiya-Azərbaycan münasibətlərinə belə qayğı ilə yanaşırlar.”
İstiPress-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova birifinq zamanı erməni jurnalistin Rusiya və İsrail vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşinlə bağlı sualına cavabında deyib.
Erməni jurnalist Bakıda bir il əvvəl həbs edilmiş erməni mənşəli Rusiya vətəndaşı Marat Ueldanovun (Qalustyanın), həmçinin Minskdə tutularaq Bakıya ekstradisiya edilmiş bloger Aleksandr Lapşinin vəziyyətini soruşub.
Mariya Zaxarova erməni jurnalistlərin sualına cavab verərkən dolayısı ilə Rusiyanın bloger Aleksandr Lapşini müdafiəsində o qədər də israrlı olmayacağına eyham vurub.
Fevralın 9-da baş tutan birifinqin bu gün yayılan videosunda görünür ki, Zaxarova erməni jurnalistin sualına ironiya ilə cavab verib.
Zaxarova etiraf edib ki, suala cavab verməkdə çətinlik çəkir, sonra isə jurnalisti məsxərəyə qoyub:
“Sevindirici haldır ki, Ermənistan KİV Rusiya-Azərbaycan münasibətlərinə belə qayğı ilə yanaşırlar. Lakin Ermənistan nümayəndəsi kimi sizə sağ olun deyirəm ki, bu mövzuya belə maraq göstərirsiniz. Sağ olun ki, Rusiya vətəndaşlarının taleyi barədə bizə xatırlatmalar edirsiniz”, - deyə Rusiya XİN rəsmisi ironiya ilə cavab verib.
İkili vətəndaşlığı (İsrail və Rusiya) olan A.Lapşin ötən il dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. O, təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılırdı. Belarus Ali Məhkəməsi bu gün blogerin Azərbaycana ekstradisiyasına dair qərarından verdiyi şikayəti təmin etməyib.