Bu gün:
Xezer.info » Dünya » İstanbulu şoka salan terrorçu həbs edildi

İstanbulu şoka salan terrorçu həbs edildi


İstanbulu şoka salan terrorçu həbs edildi
Maşaripov İstanbulun “Silivri” həbsxanasına yerləşdiriləcək

Ötən il dekabrın 31-də İstanbulda "Reina" klubunda terror aktı törrədən Əbdülqadir Maşaripov məhkəmənin qərarı ilə həbs edilib.

Bu barədə İstiPress Anadolu agentliyinə istinadən xəbər verir.

Maşaripov ona qarşı irəli sürülən ittihamlarla (“39 nəfərin qəsdən qətlə yetirilməsi”, “İŞİD terror qruplaşmasına üzvlük”, “qanunsuz silah gəzdirmək” və s.) əlaqədar İstanbulun “Silivri” həbsxanasına yerləşdiriləcək.

Qeyd edək ki,yeni il gecəsi "Reina" klubunda 39 nəfər öldürən Maşaripov yanvarın 16-sı İstanbulun Esenyurt rayonunda antiterror əməliyyatı zamanı saxlanılıb.
İstanbulu şoka salan terrorçu həbs edildi