Əliyev Sərkisyanın ayağını “amputasiya etdi”: Lapşindən sonra kim Qarabağa gedəcək ? - Fakt
11-fev-2017Prezident İlham Əliyev Dağlıq Qarabağa qanunsuz səfər edənlərə ibrət dərsi verdi. Ölkə başçısının peşəkar siyasətçi və müasir diplomat kimi Aleksandr Lapşin uğuru dünyaya bir örnək oldu
Politika.Az-ın verdiyi xəbərə görə, İlham Əliyev Lapşinin ekstradisiyasına nail olmaqla erməni prezident Serj Sərksiyanın ayağını kəsdi, onu siyasi cəhətdən amputasiya etdi.
Bununla da Qarabağa kimsə qanunsuz səfər edə bilməyəcək. Eyni zamanda Azərbaycan əleyhinə kampaniya aparan dairələrə möhtəşəm bir cavab verildi.
Lapşin Azərbaycanın sərhəd və digər qanunlarını pozaraq ölkəmizin ərazilərinə qanunsuz səfər etməklə kifayətlənməyərək, seperatçı rejimə dəstək olub.
Bunu nümayişkəranə açıq formada həyata keçirən bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi indiyədək bu sahədə pozucu mövqedə duran hər bir kəsə işarə və mesajdır.
Bu, eyni zamanda Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə belə qanun pozuntuları ilə müşahidə olunan cəhdlərə göstərdiyi qətiyyətli mövqeyin nəticəsidir.
Lapşinin Azərbaycana ekstradisiya edilməsini ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən Azərbaycan diplomatiyasının müsbət nəticəsidir.
Bu, çəkindirici xarakter daşıymaqla yanaşı, bu, işi təşkil edən Ermənistan və erməni lobbisinin təşviqatına, yalançı təbliğatına uymamaq üçün digər ölkələrin vətəndaşlarına mesajdır. Hər kəs bundan ibrət və dərs götürməlidir.
Politika.Az-ın verdiyi xəbərə görə, İlham Əliyev siyasi diplomatiyada “şah gedişi” edərək Lapşin məsələsində bir neçə hədəfi vurmuş oldu.
Həm Dilqəm Əsgərov məsələsində susan Kremlə dərs keçdi, həm beynəlxalq ictimaiyyətə açıq şəkildə rəsmi Bakının milli maraqlardan irəli gələn mövqeyini bir daha nümayiş etdirdi. Kimsə bizimlə hədə dilində danışa bilməz, diktə edə bilməz və Qarabağ ölkəmizin daxili işidir.
“Ermənilər tərəfindən Dağlıq Qarabağda tərəfindən cinayətlər törədilib. Bu, hələ də davam edir. Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir”.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.
Ç.Əsgərov Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına da münasibət bildirib: “Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil.
Bu, yanlış yanaşmadır. Biz həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.