Bu gün:
Xezer.info » Siyasət » Abutalıbov da məmurları danladı: dərin çatlar böyüyür, islahat çiban kimi yetişir - ÖZƏL

Abutalıbov da məmurları danladı: dərin çatlar böyüyür, islahat çiban kimi yetişir - ÖZƏL


Abutalıbov da məmurları danladı: dərin çatlar böyüyür, islahat çiban kimi yetişir - ÖZƏL
Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin müşavirəsi, prezident İlham Əliyevin konfransı və Bakı meri Hacıbala Abutalıbovun toplantısı hakimiyyətin yeni idarəçilik sisteminə keçid etməsidir

Politika.Az-ın Analitik Mərkəzinin yaydığı xəbərə görə, fevralın 10-da prezident İlham Əliyevin tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

Müşavirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, "Azərişıq”, "Azəravtoyol”, "Azərsu” ASC-lərin sədrləri, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin rəisi iştirak edib.

Həmçinin. Bakı şəhəri rayonlarının və Abşeron rayonunun icra hakimiyyətlərinin başçıları, Bakı Apelyasiya Məhkəməsinin, Bakı şəhərinin, paytaxt rayonlarının və Abşeron rayon məhkəmələrinin sədrləri də toplantıda olub.

Prokurorlar, polis idarələrinin rəisləri, Bakı şəhər rayonlarının və Abşeron Rayon İcra Hakimiyyəti başçılarının qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri də müşavirədə iştirak ediblər.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat verib.

Politika.Az-ın Analitik Mərkəzinin yaydığı xəbərə görə, hakimiyyət artıq idarəçilikdəki dərin çatları müşahidə etməkdədir və məmurların əl-ayağını yığmaqda israrlıdır.

Çünki idarəçilikdəki neqativ hallar əhalini ciddi şəkildə narazı salır. Hakimiyyət 2018-ci il prezident seçkilərinə qədər problemlə qarşılaşmaq istəmir.

Böhran onsuz da xalqda aqresiyya yaradır. Bir tərəfdən də məmur özbaşınalığı narahatlıq yaradır. Artıq islahatlar çiban kimi yetişib.

Ölkə başçısı bilir ki, yerlərdə qanunsuzluq edən, özbaşınalıqla məşğul olan, xalqı incidən kiçik padşahlar var. Və zamanında Qubada və İsmayıllıda baş verən hadisələr mərkəzi hökumətə göstərib ki, kiçik padşahların zülmünün sonu necə qurtarır.

Bunu nəzərə alan ölkə rəhbərliyi iqtidarın siyasi kursuna zidd gedənlərə bir neçə dəfə xəbərdarlıq edir. Bu əmrlərdən nəticə çıxarmayanlar isə cəzalandırılır. Necə ki, İ.Əliyev özü bu sözü açıq şəkildə bəyan edib.

İqtisadiyyatın ağır durumda olması, əhalinin kreditləri ödəyə bilməməsi, kommunal xərclərin qalxması, rayonlarda insanların bir tikə çörək uğrunda sözün həqiqi mənasında savaş aparmasını nəzərə alsaq məmurların prezidentlə xalqı üz-üzə qoyduğunu görmək olar.