Bu gün:
Xezer.info » Mədəniyyət » Ölkə batıb: “Əbülfəs Qarayev,2016-nı boşa verdiz, indi turizm üçün nə iş görürsüz?” - Fakt

Ölkə batıb: “Əbülfəs Qarayev,2016-nı boşa verdiz, indi turizm üçün nə iş görürsüz?” - Fakt


Ölkə batıb: “Əbülfəs Qarayev,2016-nı boşa verdiz, indi turizm üçün nə iş görürsüz?” - Fakt
İqtisadi böhranla üzləşən ölkələr turizmi inkişaf etdirir. Azərbaycanın da turizm potensialı yüksəkdir

Politika.Az xəbər verir ki, postneft dövründə Mədəniyyət və Turizm Nazirliyinin üzərinıə böyük məsuliyyət düşür.

Nazir Əbülfəs Qarayevin ümdə vəzifəsi və borcu turizmi ən yüksək səviyyədə inkişaf etdirməkdir.

2016-cı ili boşa verən nazir 2017-ci ilin ikinci ayının ilk yarısına qədər də heç bir iş görməyib. Hər halda Qarayevin fəaliyyəti nəzərə çarpmır.

Ölkənin həm qış, həm yay turizm potensialı var. Amma turizm nazirinin bölgələrdə və paytaxtda nə iş gördüyü məlum deyil.

Redaksiyamıza İsmayıllı, Şəki, Lənkəran, Quba, Xızı, Lerik, Mingəçevir və başqa şəhərlərdə məktublar gəlməkdədir.

Əksəriyyəti iş adamları olan müraciət müəllifləri prezidentdən turizm nazirini silkələməyi xahiş edir:

“Cənab Əbülfəs Qarayev, ölkə yoxsullaşır, manat ölüb, iş yerləri bağlanıb, neft ucuzlaşıb, gəlirlər azalıb, hökumət böhranı etiraf edir, bahalaşma gedir, bu vəziyyətdə turizm üçün nə iş görürsünüz? Hara baxırsınız cənab nazir?

Başqa ölkələr turizmdən milyonlar qazanır, siz amma nə dəstək verirsiz, nə turist axınını təşkil edirsiz. Faktiki bu sahə tənəzzül edir. Otellərin qiymətləri od tutub yanır, kiçik sahibkarların kakabxanası ilə turizm də olmaz axı?!”

Politika.Az xəbər verir ki, prezident İlham Əliyevin ölkədə turizmin inkişafına dair müvafiq dövlət orqanlarına verdiyi tapşırıq və göstərişlər əhali tərəfindən rəğbətlə qarşılandı və böyük ümid və gözləntilər yaratdı.

Ə.Qarayev bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq:

“Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik”. İndiyə qədər turizmdə bir qarış da irəliləyişə nail olmayıb.

Bu potensial ölkəmizin müxtəlif bölgələrində mövcuddur. Azərbaycanın çox səfalı guşələri, zəngin tarixi abidələri var, Zaqatala, Şəki, Oğuz, Qəbələ və s. kimi ciddi turizm potensialları var.

Bu turizm potensiallarının inkişaf etdirilməsi üçün heç bir iş görülmür, üstәlik, bunlar ölkədə məmurlara bağlı olan oliqarxların təsir dairələrindədir.

Onlar da həmin obyektlərdən şəxsi əmlak kimi istifadə edir və acınacaqlı duruma salırlar. Nəticədə də ölkənin turzim potensialı getdikcə dağıdılır.