Bu gün:
Xezer.info » Eksklüziv » İlham Əliyev Lavrovun cavabını elə verdi ki...prezident rus naziri yerinə oturtdu - ÖZƏL

İlham Əliyev Lavrovun cavabını elə verdi ki...prezident rus naziri yerinə oturtdu - ÖZƏL


İlham Əliyev Lavrovun cavabını elə verdi ki...prezident rus naziri yerinə oturtdu - ÖZƏL
“Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələyə öz mövqeyini bildirsin”.

Politika.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib.

Dövlət başçısı bildirib ki, bunun heç bir hüquqi əsası yoxdur: “Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb.

Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə də aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik, toqquşma bizim daxili işimizdir.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər”.

Bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov demişdi ki, Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili işi deyil.
Prezident Milli Qəhrəmanın ailəsi ilə görüşdə məhz rus nazirə ismarıc verərək onu yerində oturtdu və bir daha bəyan etdi ki, bu konflikt məhz Azərbaycanın daxili işidir.

Baxmayaraq ki, rəsmi Bakıya bundan sonra Kremldən təzyiqlər olacaq. Amma hakimiyyət milli maraqları üstün tutaraq Lavrovun öz üslubunda cavabını verdi.

Prezident İlham Əliyev deyib ki, aprel döyüşlərindən sonra Ermənistan müxtəlif yollarla bu məsələyə digər ölkələri cəlb etməyə çalışıb:

“Ancaq onların bütün səyləri boşa çıxdı. Ermənistan-Azərbaycan sərhədində növbəti təxribatın törədilməsi məhz bu məqsədi güdürdü ki, bu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə cəlb etsin. Bu dəfə də alınmadı.

Ona görə ki, Azərbaycan Çingiz Qurbanovun simasında bir daha qəhrəmanlıq göstərdi. Ermənistan bir daha göstərdi ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpa olunmaz zərbə vura bilər və elə də oldu”.

Politika.Az-ın məlumatına görə, Lapşinin gətirilməsi və Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələri, eləcə də Rusiyanı narahat etməkdədir.

İlham Əliyev son konfranda da qətiyyətli çıxış etdi və “Bizə kimsə öz istəklərini diktə edə bilməz” bəyanatını verdi. Və yenə də az sonra Kremlini iri pəncələrini göz görə-görə üstünə yeriməkdədir: şəhid Çingiz Qurbanovun nəşi düşmən girovluğundan alınar-alınmaz Qarabağ bir neçə pasportla qanunsuz səfər etmiş bloqqer Aleksandr Lapşin ekstradisiya edilir.

Axı biz İlham Əliyevi tanıyırıq?! O, barışmazdır, qətiyyətlidir: Ramil Səfərov, Mübariz İbrahimov hadisələrindən onu tanıyırıq.

“Bizə bağlı qapılar arxasında təzyiq edirlər, Qarabağa müstəqillik verməyimizi istəyirlər. Bu, o halda olacaq ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq” - bu sətirlərin müəllifi də İlham Əliyevdir.

Əlqərəz, vəziyyət çoxdan mürəkkəb bir fazaya daxil olmuşdu və rəsmi Bakı Qarabağ siyasətində minalanmış zonalar üstündə yeriyərək öz prinspial, milli maraqlara uyğun siyasətini davam etdirməkdədir.

Bundan sonrasını proqnozlaşdırmaq çətindir. Yalnız onu demək olar ki, Kreml Bakıdan narazıdır, onun orbitinə daxil olmadığı üçün Əliyevdən gileylidir və Qarabağda növbəti aprel savaşı istisna olunmur.