Bu gün:
Xezer.info » Sosial » Bakı metrosu yay qrafikinə keçir

Bakı metrosu yay qrafikinə keçir


Bakı metrosu yay qrafikinə keçir
Bakı metrosu iyunun 22-dən yay qrafikinə keçir.

"Xezer.info" xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, yeni qrafikə əsasən qatarların hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq. Belə ki, qış qrafikində bunlar 30 cüt/saat qatarla idi.

Yay qrafikinə keçəndən sonra Həzi Aslanov - 28 may stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqəda, qeyri-pik saatlarda isə 3 dəqiqə, 28 may-İçərişəhər, 28 may-Dərnəgül arası interval isə müvafiq olaraq 5-6 dəqiqə olacaq.

N.Paşayev bildirib ki, qeyri iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: “Əvvəl Həzi Aslanovdan 1 saatda 30 qatar çıxırdısa, indi 24 qatar çıxacaq. Pik saatlarda qatar 2 dəqiqədən bir yola düşürdüsə, indi 2,5 dəqiqədən bir çıxacaq”.

"Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər tezdən və gecə saatlarında metro fərqli qrafiklə işləyir” – deyə, mətbuat xidmətinin rəhbəri əlavə edib.