Bu gün:
Xezer.info » Eksklüziv » Artur Rasi-zadə Bakı Mühəndislik Universitetiylə bağlı - Qərar imzaladı

Artur Rasi-zadə Bakı Mühəndislik Universitetiylə bağlı - Qərar imzaladı


Artur Rasi-zadə Bakı Mühəndislik Universitetiylə bağlı - Qərar imzaladı
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Baş nazir Artur Rasi-zadənin qərarına əsasən, siyahının “Ali təhsil müəssisələri” bölməsinə aşağıdakı məzmunda 21-1-ci hissə əlavə edilib:

“21-1. Bakı Mühəndislik Universiteti”.

Bu, “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək