Gəncə Təhsil İdarəsinin müdiri saxta diplomlu müəllimə qalmaqalında - Fotofakt
08-fev-2017Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun himayəsinə arxayın olan saxta diplomlu müəllimə ilə bağlı informasiya daxil olub.
Həmin informasiyada iddia edilir ki, Gəncə şəhərindəki 28 saylı orta məktəbdə "Azərbaycan dili və ədəbiyyatı” fənni üzrə müəllimə kimi çalışan Bayramova Gülafət Baharəddin qızının diplomu saxtadır:
"Gülafət Bayramova 1989-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Əlvan metalların metallurgiyası” ixtisasını bitirib. Daha sonra saxta yolla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsinin diplomunu əldə edib. Bu yaxınlarda Gəncə Təhsil İdarəsinin on illik maliyyə fəaliyyəti yoxlanan zaman Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirmiş, habelə orada kurs keçmiş müəllimlərin diplomları mühasibatlıq tərəfindən tələb olundu. Bayramova Gülafət Baharəddin qızı ondan dəfələrlə tələb olunmasına baxmayaraq, diplomu məktəb direktoruna verməkdən imtina etdi. Yalandan bildirdi ki, guya diplomu yoxlanmaq üçün Təhsil Nazirliyinə göndərib. Amma bunun belə olmadığı, Gülafət Bayramovanın diplomunun saxta olduğu hər kəsə bəllidir”.
Savash.org-a daxil olan məlumatda Bayramova Gülafət Baharəddin qızının saxta diplomunun gizlədilməsində Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov vəzifəsindən sui istifadə edərək, ona şərait yaratdığı bildirilir.
Daha sonra bildirilir ki, Bayramova Gülafət Baharəddin qızına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirməsi haqqında YB N 003232 qeydiyyat N 4146 diplomu verilməmişdir: "Bu seriyalı diplom Təhsil Nazirliyində qeydiyyatdan keçməmişdir və saxtadır.(Diplomların hər ikisinin surəti əlavə olunur). Bayramova Gülafət Baharəddin qızı qanunsuz olaraq əmək haqqı alıb və dövlətə külli miqdarda ziyan vurmuşdur.Çox maraqlıdır, cəmi 5-6 ayliq kursla, özü də saxta yolla metallurqçudan necə azərbaycan dili və ədəbiyyatı müəlliminə çevrilmək olar?”