Bu gün:
Xezer.info » Eksklüziv » Prezidentin qətiyyəti, Bakıda Yaxın Şərq projesi: konqresmenin şok çıxışının pərdəarxası

Prezidentin qətiyyəti, Bakıda Yaxın Şərq projesi: konqresmenin şok çıxışının pərdəarxası


Prezidentin qətiyyəti, Bakıda Yaxın Şərq projesi: konqresmenin şok çıxışının pərdəarxası
Azərbaycanın başı üzərində hər zaman “qara bulud”lar dolaşıb. Ölkənin müstəqil siyasətini qısqanclıqla qarşılayan xarici qüvvələr ayr-ayrı vaxtlarda təxribatlara əl atıb.

Rəsmi Bakının xarici siyasi kursunda da ölkədə sabitliyin qarantiyası prioritet məsələ olub. Lakin istər qonşu, istər uzaq qonşu ölkələr Azərbaycanı Yaxın Şərq kimi qan gölünə çevrimək üçün ciddi cəhdlər edib.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti və hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı baş verəcək provokasiyaları önləyib. Bu barədə Politika.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumatda vurğulanıb.

Xəbərdə deyilir ki, ölkənin yerləşdiyi siyasi coğrafiya, geostrateji vəziyyət, cərəyan edən mürəkkəb proseslər rəsmi Bakının xarici siyasətində həssas olmağa vadar edir.

Bu mənada İran və Rusiyadan yönəlik təhdidlər də xüsusi diqqət çəkir. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys “İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.

Konqresmen İranın Azərbaycan üçün təhdid olduğunu deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir:

“Siz dünyəvi hökuməti niyə dəstəkləyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız”. Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

Politika.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumatda bildirilir ki, İran Azərbaycanda agenturasını genişləndirir və cənub bölgəsində təbliğatı gücləndirir.

Dini radikalizm və irançılıq ideyaları təlqin olunur. Milli Məclis səviyyəsində də Tehrana etiraz olunub və daxili işlərə qarışmamağa çağırış edilib. Prezidentin müşavirədəki mesajları Azərbaycana ağıl qoymaq istəyən qüvvələrə idi.

Bu ismarıclar hamıya idi. Həm Rusiya, həm Qərb dairələri, həm İrana bir mesaj idi ki, bizə nəyisə diktə etmək olmaz. Çünki dəfələrlə uğursuz qarayaxma kampaniyalarına cəhdlər olub və nəticəsiz qalıb, eyni zamanda ikitərəfli münasibətlərə təsir göstərib.

Bizə gəlib dərs vermək lazım deyil. Azərbaycanın öz müstəqil siyasəti var və hansısa dairələrin maraqlarına uyğun hərəkət etmirik.

Prezident İlham Əliyev bəzi dairələrə ilginc mesajlar verdi. Dövlət başçısı yenə də ölkəmizin inkişafını gözü götürməyən qüvvələrə ismarıc yolladı.

Biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır.

Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir”.

İ.Əliyev bildirib ki ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur: “Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır.

Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq”.