Baytarlıq İdarəsində biabırçı mənzərə - Azər Süleymanovun “Təzə Bazar” əməliyyatının fiaskosu
06-fev-2017Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvəqqəti rəisi Azər Süleymanovun yarıtmaz fəaliyyəti haqda dəfələrlə yazmışıq. Bu dəfə cumhuriyyet.az-a daxil olan məlumat isə həm nazirliyin, həm də sözügedən qurumun imici üçün sözün həqiqi mənasında biabırçılıqdı. Bir müddət öncə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sosial şəbəkələrdə, eləcədə efirlərdə güyü “Təzə bazar MMC-yə məxsus sexdən 445 kq yararsız iribuynuzlu heyvan əti aşkar edilməsi barədə rəsmi açıqlama yaymışdı. Məsələnin mahiyyətinə vardıqda isə məlum olur ki, Təzə bazar” MMC-yə məxsus anbardan “yararsız hesab edilərək heyvan cəmdəklərinin götürülməsində mövcud Qayda pozuntularına yol verilib.
Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər İdris oğlu Süleymanovun “Təzə Bazar”a qarşı bu cür təxribat xarakterli reydi birinci dəfə deyil. Bundan əvvəl də dəfələrlə bazarda belə əsassız və qanunsuz reydlər keçirilmiş və sonradan faktlar təsdiqini tapmadığından qarşı tərəf geri çəkilməli olmuşdur. Tələm-tələsik qanunsuz və keyfiyyətsiz sayılmış 445 kq ətin yerli (rayon) və “Təzə Bazar”ın baytarlıq xidməti tərəfindən verilmiş rəsmi akt və arayışların surətini də cumhuriyyet.az olaraq bu yazıya əlavə edirik.
Bu kimi məlumatın heç bir araşdırma aparılmadan dərhal KİV-də ictimailəşdirilməsi, müvafiq rəsmi baytarlıq sənədləri olduğu halda, «komissiya» tərəfindən qəbul edilməməsi və bu əsassız məlumatın Baytarlıq Xidmətinin rəsmi saytında yerləşdirilməsi bir daha təsdiqləyir ki, bunlar sifarişlidir, təxribat xarakterlidir və şantaj məqsədlidir. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, qaydalara görə bazara ət rayonlardan, əsasən, gecə saatlarında daxil olur və bazardakı baytarlıq laboratoriyasının rəsmi nümayəndəsi tərəfindən həmin ətin baytarlıq keyfiyyəti barədə aidiyyəti rayon (bölgə) baytarlıq laboratoriyasının rəsmi nümayəndəsinin (həkimin) rəsmi arayışını qəbul edəndən sonra təkrarən laborator müayinədən keçirir, yoxlanılır. Azər Süleymanovun “Təzə Bazar” əməliyyatı ilə bağlı xeyli məaraqlı nüəanslar da var. Bazar rəsmilərində bütün qanuni sənədlər olduğu halda, nədən hansısa «məlumat əsasında» reyd keçirən şəxslər həmin sənədlərin mövcud olub-olmadığı ilə maraqlanmamışlar? Sonradan onlara təqdim edilən sənədləri isə qəbul etməkdən dolaysı ilə vaz keçmişlər və maraqlıdır ki, bazarın özündə kifayət qədər soyuducu kamera olduğu halda (həmin soyuduculara elə Azər Süleymanovun nümayəndəsi birbaşa nəzarət edir), guya mənşəyi şübhə doğuran ət bizə məlum olmayan hansısa başqa bir yerdəki soyuducuya yerləşdirilir, naməlum istiqamətə aparılır? Dəfələrlə Azər Süleymanovun «təcrübəsində» olmuşdur ki, başqa nəzarətsiz yerə aparılan ətlər sonradan dəyişdirilərək mənşəyi həqiqətən də müəmmalı olan ət ilə əvəzlənmiş, ardınca isə başqa «şərtlər» irəli sürülmüşdür. Ancaq bu dəfə A.Süleymanovun əməliyyatı bumeranq kimi özünə qayıdır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə yuxarıdakı olayla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə qarşı “Təzə bazar” MMC tərəfindən məhkəmə iddiası qaldırılıb və iddiaçılar birinci məhkəmə prosesində qalib gəliblər. Çıxılmaz durumda qalan A.Süleymanov birinci instansiyanın qərarından şikayət edib. Ancaq apelyasiya məhkəməsində də dövlət qurumunun uğur əldə edəcəyi gözlənilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 3.1 bəndi pozularaq 445 kq ətin ( yükün) müvafiq müayinəsi və ekspertizası aparılmadan, əti sahibinə məhsuliyyətli-saxlanca vermədən, sahibkar üçün ətdən götürülmüş nümünə vahidi saxlamadan və “Təzə bazar” MMC-nin nümayəndəsinin iştirakı olmadan sahibkara məlum olmayan yerə aparılmışdır. “Təzə bazar” MMC-nin sədri Məmmədağa müəllimin efirlərdə müsahibəsində bu halı qeyri-qanunu qiymətləndirməklə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahibkarın işinə növbəti müdaxilə etməsini və qərəzli olmasını bildirir.