Bu gün:
Xezer.info » Sosial » Cavid Qurbanovun qardaşı ilə bağlı iddia - Belə deyirlər...

Cavid Qurbanovun qardaşı ilə bağlı iddia - Belə deyirlər...


Cavid Qurbanovun qardaşı ilə bağlı iddia - Belə deyirlər...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər şəxslər arasında gərginlik yaranıb.

Əsas gərginlik nazir Səlim Müslümovla nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov arasında hökm sürür. Bildirilir ki, İ.Qurbanov nazirin demək olar ki, heç bir sözünü eşitmir, tapşırıqlarına əhəmiyyət vermir. Buna görə də S.Müslümov sözügedən sahəyə nəzarəti demək olar ki, itirmək üzrədir. Nazir vəziyyətdən çıxış yolu kimi həmin xidmətin əhatə dairəsini daraltmaqla İ.Qurbanovun səlahiyyətlərinin azaldılmasına çalışır.

Müslümovun həmin sahəylə bağlı son vaxtlar bir sıra dəyişikliklər etməsinin də məhz sözügedən planla bağlı olduğu söylənilir.

Daxil olan məlumatlarda xidmət rəisinin tabeliyində olduğu nazirə qarşı çıxa bilməsinin səbəbləri də açıqlanır. Bildirilir ki, nazirin söz keçirə bilmədiyi bu rəis "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun doğma qardaşıdır.

2015-ci ildən bu postu tutan İ.Qurbanov rəhbərlik etdiyi qurumu tam müstəqil şəkildə idarə etməyə çalışır. Bu isə onu tabeliyindəki bütün sahələrdə yenilik etməyə çalışan, buna görə də nazirliyin ən xırda işlərinə belə müdaxilə edən nazir üçün arzuolunmaz adama çevirib.

Bildirilir ki, hazırda nazirlə tabeliyində olan xidmət rəisi arasında gərginlik o həddə çatıb ki, S.Müslümov öz işçisindən yuxarı instansiyalara dəfələrlə şikayət edib.(bakipost.az)