Bu gün:
Xezer.info » Cəmiyyət » “Prezidentin səbir kasası dolub və “cərrahiyyə əməliyyatı”na başlayacaq” - Deputatdan şok

“Prezidentin səbir kasası dolub və “cərrahiyyə əməliyyatı”na başlayacaq” - Deputatdan şok


“Prezidentin səbir kasası dolub və “cərrahiyyə əməliyyatı”na başlayacaq” - Deputatdan şok
“Prezident başa salır ki, məmurlar vicdanla vətən üçün işləsinlər. Amma çi fayda?! Əgər insanın xəmiri belə yoğrulubsa, ona nəyisə izah etməyin mənası yoxdur”

Bu fikirləri deputat Araz Əlizadə Politika.Az-a açıqlamasında bildirib. Millət vəkili prezidentin keçirdiyi son müşavirədə məmurlara sərt xəbərdarlıq etməsinə belə münasibət bildirib:
“Prezidentin səbir kasası dolub və “cərrahiyyə əməliyyatı”na başlayacaq” - Deputatdan şok
“Artıq prezidentin səbir kasası dolub və hesab edirəm ki, ölkə başçısı “cərrahiyyə əməliyyatı”na başlayacaq. Yəni, kadr islahatlarına gedəcək. Çünki dəfələrlə onlara xəbərdarlıq olunub və hələ də öz əməllərinən çəkinməyiblər”.

"Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır".

Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür:

"Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm.

Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.