“Microsoft” “LinkedIn”ı alır - 26,2 milyard dollara
13-iyun-2016“Microsoft” şirkəti hazırda ən böyük biznes sosial şəbəkəsi olan “LinkedIn”ı alır.
“Xezer.info”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “LinkedIn”in ümumi alış qiyməti 26, 2 milyard dollar təşkil edir. O, 2016-cı ildə bağlanacaq.
Ceff Bayden “LinkedIn”ın baş direktoru olaraq qalacaq. Sosial şəbəkə öz adını və azadlığını qoruyub saxlayacaq.
Qeyd edək ki, “LinkedIn”ın əsası 2002-ci ildə qoyulub, 2003-cü ildə fəaliyyətə başlayıb. Hazıra şəbəkənin 400 milyondan çox istifadəçisi var.