Bu gün:
Xezer.info » Bu gün » ATV redaktoru işdən çıxarıldı - Yalan xəbərə görə

ATV redaktoru işdən çıxarıldı - Yalan xəbərə görə


ATV redaktoru işdən çıxarıldı - Yalan xəbərə görə
Azad Azərbaycan teleradio şirkəti Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar rəsmi açıqlama yayıb.

Həmin açıqlamanı təqdim edirik.

Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq.

Araşdşrmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq. Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qəbuledilməz hesab etdiyimiz uçun uyğun tabdırlər gördük. Ictimaiyyətə bəyan edirik ki, sözü gedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsinde tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib.