Bu gün:
Xezer.info » Xəbər » Meyiti qaytarılmayan şəhidin anası: "Tək istəyim..."

Meyiti qaytarılmayan şəhidin anası: "Tək istəyim..."


Meyiti qaytarılmayan şəhidin anası: "Tək istəyim..."
1 aya yaxındır buz kəsmiş bədəni erməni girovluğunda saxlanılan şəhid Çingiz Qurbanovun anası Nailə Qurbanova danışıb.

Onun yeganə istəyi balasının qəbrinin olmasıdır: "Nigaranıq, narahatıq və gözləyirik”.

4 ildir Bakıda kirayədə yaşadıqlarını deyən Nailə Qurbanova səhhətilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Sağlamlığım yerindədir, elə bir xəstəliyim də yoxdur. Tək istəyim balamın geri verilməsidir”.

Bəzi KİV-lərdə Ç.Qurbanovun anasının insult keçirdiyi bildirilib.

Şəhid anası rəsmilərin tez-tez onlarla əlaqə saxladığını deyib:

"Maraqlananlar çoxdur. Deyiblər meyiti qaytaracaqlar, amma günü demirlər. Deyirlər gözləyin”.

İndi şəhid anasının yeganə qalan övladı, oğlu Beydulla Qurbanovdur ki, o, hazırda Texniki Universitetin 2 kurs tələbəsidir.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Məlumat üçün bildirək ki, Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bir neçə dəfə şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.


//Modern.az