Bu gün:
Xezer.info » Siyasət » Ermənistan rəsmisi İlham Əliyevə cavab verdi - Dağlıq Qarabağla bağlı

Ermənistan rəsmisi İlham Əliyevə cavab verdi - Dağlıq Qarabağla bağlı


Ermənistan rəsmisi İlham Əliyevə cavab verdi - Dağlıq Qarabağla bağlı
Ermənistan hakimiyyəti prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı çıxışına reaksiya verib. Xəbər365 bildirir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Ermənistan xarici işlər nazirinin müavini Şvarş Koçaryan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qaçılmaz olduğunu söyləyib. O, BMT-nin müvafiq qərarlarına əsasən, hər bir xalqın ölkənin gələcəyini və statusunu müəyyənləşdirmək statusu olduğunu bildirib.

Xatırladaq ki, dünən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə bu barədə danışıb. Dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdılıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”.