Bu gün:
Xezer.info » Cəmiyyət » Qaçqın və məcburi köçkünlərimizi cənab Prezidentimizin qayğısı yaşadır - Fəttah Heydərov

Qaçqın və məcburi köçkünlərimizi cənab Prezidentimizin qayğısı yaşadır - Fəttah Heydərov


Qaçqın və məcburi köçkünlərimizi cənab Prezidentimizin qayğısı yaşadır - Fəttah Heydərov
Qaçqın və məcburi köçkünlərimizi cənab Prezidentimizin qayğısı yaşadır - Fəttah Heydərov
"Cənab Prezidentimizin qaçqın və məcburi köçkünlərin həyatı ilə bağlı daimi düşüncələri və arzuları vardır".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

Fəttah Heydərov qeyd edib ki, ölkədə gedən proseslərə nəzər yetirmək, ölkənin rəhbəri olaraq həmişə bütün insanların maddi rifahını düşünmək cənab Prezidentimizin qarşısına qoyduğu ən əsas vəzifəsidir: "Yağı düşmənlərimizin bizə qarşı etdikləri vəhşiliklər nəticəsində öz yurd-yuvalarından ayrı düşən qaçqın və məcburi köçkünlərimizi cənab Prezidentimizin qayğısı yaşadır. Bu sonuncu fərman isə cənab Prezidentimizin qaçqın və köçkünlərimizə olan qayğısının yeni bir numunəsidir. Bu gün birdəfəlik yardım edilirsə, yəqin ki, bunun davamı olacaqdır. Ona görə ki, hər bir azərbaycanlı cənab Prezidentimizin diqqətindədir. Bu diqqət axıra qədər davam edəcək. İnşallah, iqtisadi vəziyyət də yaxşılaşaşacaq, dünyada gedən böhranlar, iqtisadi, siyasi böhranlar səngiyəcək, haqq-ədalət öz yerini tapacaq. Qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq. Çünki onların öz torpaqlarına qayıtdıqdan sonra orada evlərini, təsərrüfatlarını, yaşayışlarını bərpa etmək üçün Prezidentimizin çox böyük planları vardı. Bu planlar, inşallah, tezliklə reallaşacaq".