Bu gün:
Xezer.info » Mədəniyyət » Qərbin inkarı, yaxud həqiqət aynasında.

Qərbin inkarı, yaxud həqiqət aynasında.


Qərbin inkarı, yaxud həqiqət aynasında.
Nümayişkaranə şəkildə gözümüzə soxulan Qərb sivilizasiyasının-intibahının tarixi Şərq sivilizasiyası üçün "srağagün" sayıla biləcək XVİ əsrdən başlayır.Məhz XVİ əsrdə Avropada Renessans dövrü baş verdi,təbii ki, Şərqdən beş əsr sonra.Sonralar Avropalılar bu mədəniyyəti Amerikaya da yaydılar.
Renessans dövrünə qədərki dövrü (XVİ əsrə qədər) Avropa tarixçiləri "zülmət dövrü" (təxminən ərəblərin İslamaqədərki "cahiliyyət dövrü" kimi) adlandırırlar.Daha dəqiqi İtaliya humanistləri tarixi dövrləşmə üzrə təsnifatda Xİ-XV əsrləri belə adlandırırlar.Bu dövrdə hətta savadlı olmağa borclu olan adamlar belə bircə hərf oxuya bilmirdilər.Kralların özü belə oxumaq-yazmaq anlayışından uzaq idilər.Az-çox savadlı adamlar kilsə xadimləri idilər.Kilsə isə antik mədəniyyətdən özünə sərf edəni əxz edib inkişaf etdirirdi.
Azərbaycan mədəniyyəti Dünya mədəniyyətinin ən uca zirvəsini "Kitabi-Dədə Qorqud" dastanı ilə fəth edəndə , tarixçi Musa Kalankatlı "Alban tarixi" əsərini yazanda, şair Dəvdək Cavanşirin sarayında bədii yaradıcılıqla məşğul olanda,Musa Şəhavət, İsmayıl, Məhəmməd kimi şairlər yaşayıb-yaradan dövrdə Qərb "zülmət dövrü"nü yaşayırdı.Son dövrlərə qədər kovboy həyatı təbliğ edilən Qərbə "vəhşi qərb" deyirdilər.Azərbaycan xalqının formalaşma prosesinin təşəkkül tapdığı (İX əsr) dövrdə Qərbdə dövlət qurumları təzə-təzə formalaşma dövrünə qədəm qoymuşdu.Azərbaycan hökmdarları dünya mədəni incilərindən bəhrələndiyi vaxt Frank imperatoru Böyük Karl (768-814) yazıb-oxumağı bacarmırdı.
Bu gün Qərb islamofobiyada eyforiyaya qapılaraq baş verən terroru, pislikləri, əyər-əskik, eybəcərlikləri islama bağlayır, müsəlmanları qeyri-insani davranışda suçlayırlar.Unutmaq olmaz ki, bircə nəfər də barmaq qatlayıb deyə bilməz ki, bir nəfər müsəlman belə xristianların müqəddəs kitabı "İncil"i, İsa peyğəmbəri təhqir edib.Amma bu gün Qərbin "sivil" dövlətlərində bir karikatura çəkmək xəstəliyi, azarı var.Yəqin inkvizisiyalar, autodafelər, Xaç yürüşləri, eləcə də , 1572-ci il 23 avqust axşamı, "Müqəddəs Varfolomey gecəsi"ndə bir gecədə 30 mindən artıq protestantın katoliklər tərəfindən vəhşicəsinə qırılması unudulub deyən...O dövrdə bu qırğın nəinki pislənmişdi, əksinə qırğınlardan xatirə olaraq xüsusi medal da düzəldilmişdi.XVİ əsrdə Amerika qitəsi kəşf olunandan sonra Avropalıların kütləvi şəkildə Amerika aborigenləri olan hinduları qırması ilə Afrikadan Yeni Dünyaya (Amerikaya) qul ticarəti geniş vüsət aldı.Bu bədnam ticarəti indı də özündə əks etdirən Kölə sahili adlı coğrafi məkan da qalmaqdadır.Bəlkə Xİİ-Xİİİ əsrlərdə baş verən ekspansiyada, xaç yürüşlərində də müsəlman barmağı olub? 1498-ci ildə avropalılar Hindistana gəlişlərini top atəşi ilə xəbər verdilər.Vasko da Qamanın namərdliyi çoxuna məlumdur.Ernando Kortesin Meksikada 1519-cu ildə, Fransisko Pisarronun Peruda törətdikləri vəhşiliklər hələ də tarix səhifələrini "bəzəyir".Bu ekspansiya nəticəsində İspan işğalçıları Amerika xalqlarının həm özlərini, həm də qədim mədəniyyətlərini vəhşicəsinə məhv etdilər.Bax beləcə sıranı sinxron şəkildə çox uzatmaq olar...
Azərbaycanlıların "kiminin əvvəli, kiminin axırı" deyimli bir lakonik ifadəsi vardır.Bu gün bu ifadəni daha çox Qərbə aid etmək olar.Bu gün daha çox özünü sivilizasiya, mədəniyyət və demokratiya "ixracatçısı" kimi sırıyan Qərb yəqin unudur ki, əxz edib inkişaf etdirdiyi mədəni dəyərlərin mütləq əksəriyyəti Şərqdən götürdükləridir.Bakı, "Aspoliqraf" mətbəəsi tərəfindən 2005-ci ildə çapdan çıxmış "Orta əsrlər tarixi" 8-ci sinif dərsliyinin 70-ci səhifəsində oxuyuruq:"Avropalılar yel dəyirmanlarından istifadəni Şərqdən götürdülər.Onlar ipək parçalar toxumağı və güzgü istehsalını, metalı daha yaxşı emal etməyi öyrəndilər.Avropalılar kağız, barıt, kompas ilə də tanış oldular.Məişətdə də dəyişikliklər oldu:avropalılar yeməkdən qabaq əllərini yumağa, isti hamamda çimməyə, yuman-köynəklərini və üst paltarlarını dəyişməyə başladılar"Bax belə!
İndi isə Qoca Şərqin övladları Qərbdən mədəniyyət "idxal" edir.Bəlkə bir düşünək-daşınaq, əlimizdəkinə-özümüzdəkinə sahib çıxaq, deyilmi? Çünki, təlatümlər burulğanında boğulan dünyamızda itirdiklərimizi çətin ki, bir daha tapaq! Böyük ehtimalla itirdiyimizin qədrini tapdığımızı anlayandan sonra biləcəyik.Onda isə gec olacaq!
Malik Balaşov
tarixçi-publisist
Qərbin inkarı, yaxud həqiqət aynasında.