DSMF kimi daha bir fond ləğv edilir: Köçkünlərin Sosial İnkişaf Fondu SOCAR-a verilir - ŞOK TƏFƏRRÜFAT
23-yan-2017thMəcburi Köçkünlərin Sosial İnkişaf Fondu SOCAR-a verilə bilər
Bu barədə Politika.Az-ın əldə etdiyi məlumatda qeyd olunur. Fondun Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyətini davam etdirməsi təklif olunub.
Deputat Zahid Oruc struktur islahatların olacağı anonsunu verib və bəzi təşkilatların birləşdirilməsi nəzərdə tutulur. Sözügedən Fondun Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə birləşdirilməsi də nəzərdə keçirilib.
Hələliksə qurumun Neft Şirkətinin nəzdində işini davam etdirməsi optimal variant kimi qəbul olunub. Fondun indiki direktoru Sabir Əhmədovdur. Sabiq direktor Ayaz Orucovun dönəmində böyük pullar mənimsənilib.
Mənbə Politika.Az-a bildirib ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilibsə, köçkünlərə aid bu fondun da SOCAR-a verilməsi mümkün görünür.
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı ciddi korrupsiya faktları aşkarlayıb.
Açıq tenderin keçirilməsinə kifayət qədər vaxtın olmasına baxmayaraq, 23 layihənin hamısı tendersiz, birbaşa müqavilə bağlanılmaqla satınalmalar həyata keçirilib.
Hesabata görə, obyektin vaxtında təhvil verilməməsi səbəbindən Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən obyektlər üzrə başa çatmayan tikililərin dəyəri artıb, podratçı təşkilatlar üzrə debitor və kreditor borclar yaranıb.
Məcburi köçkün ailələrinin yeni tikilmiş qəsəbələrə köçürülməsi üzrə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Repatriasiya Departamentinə ödənilən vəsait müvafiq hesablamalara əsaslanmayıb.
MKSİF tərəfindən satın alınacaq tikinti işlərinin ehtimal olunan dəyəri şişirdilib. Hesablama Palatasının hesabatından məlum olur ki, burada mənzil tikintisinə çəkilən məsrəflərin ölkə üzrə orta göstəricilərlə tam uyğun olmaması, həmçinin bu istiqamətdə başa çatmamış investisiya xərcinin dinamik artımı ayrılan vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilmədiyini göstərir. Bu da sonda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməməsinə səbəb olub