Bu gün:
Xezer.info » Dünya » Yeni il gecəsi İstanbulu partlatmaq istəyiblər

Yeni il gecəsi İstanbulu partlatmaq istəyiblər


Yeni il gecəsi İstanbulu partlatmaq istəyiblər
"Reina" terrorçusunun kompüterindən İŞİD əmiri ilə yazışması ortaya çıxıb

Yeni il gecəsi İstanbulda iki partlayış olmalı idi.

İstiPress-in "Milliyət"ə istinadla verdiyi məlumata görə, "Reina"da yeni il gecəsi qətliam edərək 39 nəfərin ölümünə səbəb olan, 16 gün sonra yaxalanan terrorçu Abdulqadir Maşaripovun sorğusu davam edir.

Onun polis tərəfindən araşdırılan noutbukundakı Rakkadakı İŞİD əmiri ilə yazışmaları əldə edilib. Kompüterdəki məlumatlar əsasında hücumla bağlı önəmli detallar üzə çıxıb. Bu məlumatlarda yeni ilin ilk günü ərzində planlanan ikinci hücumla bağlı ipucları da ortaya çıxıb.

Polis həmi gün "Reina" terrorçusu ilə ikinci terroru törədəcək şəxslə bir avtobus dayanacağında görüşdüyünü müəyyən edib. 2016-cı il dekabrın 26-da baş tutan görüş Rakka əmirinin təlimatı ilə təhlükəsizlik kamerası olmayan yerdə olub.

İŞİD əmiri ilk hücumu Maşaripovun etməsini istəyib. İkinci hücumçu isə başqa bir ərazidə partlayış törətməyə hazırlaşıb.

Xatırladaq ki, ilk sorğusunda özbək terrorçu hədəflərinin Taksim meydanı olduğunu, lakin orada təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olmasının bu işə maneə yaratdığını açıqlamışdı.

İndi polis ikinci terrorçunun axtarışına başlayıb. Bunun üçün də Maşaripovun olduğu ərazilərdəki kamera görüntüləri toplanır.

Polis sorğusunda Maşaripova Atatürk hava limanını qana bulayan çeçen Əhməd Çatayev haqqında suallar verilib. Lakin o bu barədə suallara cavab verməyib.