Bu gün:
Xezer.info » Siyasət » Azərbaycanlı deputatdan Kremlə sərt reaksiya - ÖZƏL

Azərbaycanlı deputatdan Kremlə sərt reaksiya - ÖZƏL


Azərbaycanlı deputatdan Kremlə sərt reaksiya - ÖZƏL
“Sergey Lavrov tam çılpaqlığı ilə Rusiyanın bu münaqişədə rolunu bir daha vurğulayıb”.

Bu sözləri Politika.Az-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Molazadə Rusiya XİN rəhbəri Sergey Lavrovun qalmaqallı Qarabağ açıqlamasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Lavrov kimi siyasətçilərin ucbatından problem illərdir həll olunmur: “Əslində, Ermənistan müstəqil dövlət deyil və bu ölkə Rusiya tərəfindən tamamilə özəlləşdirilib.

Digər tərəfdən Azərbaycan hər zaman Qarabağda işğal faktorunu qabardıb. Rusiyanın bu siyasətinin arxasında hər zaman lavrovkimilər durub. Ona görə problem illərdir nəticəsiz qalır. Onun bu açıqlaması təəccüblə qarşılanmamalıdır”.

Xatırladaq ki, Rusiyanın baş diplomatı Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını açıqlayıb.