29-30 dekabr 2016-cı il tarixində Oğuz rayonu Qumlaq kənd Orta məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təhsilli gənc güclü ailənin bünövrəsidir” adlı sosial istiqamətli layihə həyata keçirilib.
30-dek-2016Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş bu layihənin Oğuz rayonunda keçirilməsi nəzərdə tutulmuşdur. Layihə Qumlaq kənd orta məktəbində bir neçə kəndlərin gənclərinin iştirakı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin elan etdiyi statistik nəticələrə əsasən Oğuz rayonununda da yeni qurulmuş bəzi ailələrdə cütlüklərin yaş həddinin aşağı olması və boşanma hallarının yüksək səviyyədə olduğu göstərilmişdir.
“Sağlam ailə güclü dövlətin əsasıdır” devizi ilə sözə başlayan layihə rəhbəri Azər Əhmədzadə layihənin açılış mərasimində Azərbaycan xalqının tarixi ailə bağlarının bütün dünyaya nümunə olduğunu bildirmişdir. Hər bir layihə iştirakçısına dövlətin özəyi olan ailələrin təhsilə önəm vermələrini, onları erkən nigaha daxil olmağın həm onların ailə təfəkkürünə, həm də dövlətçiliyimizə zərərləri haqqında məlumat vermişdir. O, qeyd etdi ki, Ümumilli Lider, Mərhum Prezidentimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” deyərək möhkəm ailə dəyərlərinə ehtiyacımız olduğunu bildirmişdir. O,” Təhsil sahəsi nə sənayedir, nə kənd təsərüffatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır” deyərək, ailədə təhsilin önəmini vurğulamışdır. Peşəkar həkim və psixoloqlar mühazirələri ilə kollektiv qarşısında çıxış edərək güclü ailə bağlarının yaradılmasında hansı kriteryalara ehtiyac olduğunu iştirakçılara bildirdilər. Ölkə üzrə ailə standartlarının yaradılması üçün hər bir fərdin güclü rolunun olduğunu iştirakçılaraşılayıb, onların da cəmiyyətin bir hissəsi olduğunu bildirdilər.
Layihənin bağlanış mərisimində iştirakçılar sertifikatlarla təmin olunmuşdur. Xüsusi fərqlənən gənclər isə dəyərli hədiyyələrə layiq görülmüşdür.