Məhəmməd Əlinin dəfn mərasimində Türkiyəyə qarşı - Hörmətsizlik
11-iyun-2016İyunun 4-də tənəffüs yollarında yaranmış problemə görə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində qalmaqallı hadisə baş verib.
“Xezer.info”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə çıxış edən amerikalı aktyor Maykl Lerner Türkiyəyə qarşı ağır ifadələr işlədib.
O, Türkiyənin terrorçuluğa qarşı mübarizəsini şərh edərək “Türkiyənin liderlərinə deyin ki, kürdləri öldürməkdən əl çəksin” deyə bildirib.
74 yaşlı aktyor cənazə və anma mərasiminə siyasəti qarışdırdığına görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Qeyd edək ki, iyunun 10-da Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarıda kəsərək ölkəsinə geri qayıtmağa qərar verib. Buna səbəb Ərdoğana qarşı edilən hərəkətin xoş qarşılanmaması olub. Əfsanəvi boksçunun məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək parçanı Ərdoğandan alıblar.
Ərdoğan və Din naziri Mehmet Görmezin Qurani-Kərimi oxumaq istəyinə də etiraz edən dəfnin təşkilatçıları Türkiyə prezidentinə qarşı hörmətsizlik edib. Türkiyə lideri baş verənlərdən dolayı səfərini yarıda qoyaraq geri qayıdıb.