Bu gün:
Xezer.info » Xəbər » Ramil Usubovdan yeni sərəncam - Polkovniklər işdən qovuldu

Ramil Usubovdan yeni sərəncam - Polkovniklər işdən qovuldu


Ramil Usubovdan yeni sərəncam - Polkovniklər işdən qovuldu
Daxili işlər orqanlarına kadr dəyişikliyi olub

"Report" xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər.

Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nərimanov RPİ-nın rəisi təyin edilib.