Ai-95 və Premium markalı benizinin qiymətinin qalxması ciddi narahatlıqlar yaradır - Tahir Kərimli
14-yan-2017“Rəsmi qurumlar Ai-95 və Premium markalı benzinin qiymətinin qalxmasını , bu benzin markalarının ölkəyə idxalı ilə izah edirlər. Rəsmi açıqlamaya görə, idxal olunan benzinin maya dəyəri baha başa gəldiyindən, qiymət artımı zəruri idi. Digər tərəfdən isə bəyan edildi ki, bu markalı benzin məhdud dairədə, imkanlı şəxslər tətəfindən istifadə edildiyindən hər hansı problem yaratamayacaq. Əksinə, büdcəyə əlavə gəlirlər gətirəcək. Rəsmi açıqlamalara baxmayaraq, mən hesab edirəm ki,burada narahatçılıq üçün əsaslar var”
Bunu gununsesi. info-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, artıq “Lukoyl”un Azərbaycan nümayəndəliyi Ai-92 markalı benzinin də qalxma anonsunu verib.
“Əgər Ai-92 markalı benzinin qiyməti qalxarsa, o zaman nəinki daşıma sektorunda, ümumiyyətlə, digər sahələrdə də qiymət artımının və bahalaşmanın şahidi olacağıq. Ai-92-nin qalxması isə ümüumilkdə əhalinin sosial vəziyyətinə ciddi təsir edəcək”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili onu da əlaəv edib ki, hətta, Ai-95 və Premiumun qalxmasından istifadə edib digər sahənin nümayəndələri qiymət artımına və bunun üçün hökumətə hansısa yolla təsir etməyə çalışacaq.
“Digər sahənin təmsilçiləri də qiymət artımına nail olmaq üçün müxtəlif metodlardan istifadə edəcəklər. Düzdür, hamı fayda götürməyə çalışır, əslində bu, bazar iqtisadiyyatının qanunudur, ancaq bu gün Azərbaycanda tənzimlənən bazar iqtisadiyyatı hökm sürür. Ona görə də hökumət vəziyyəti nəzərə almalıdır. Xüsusən də, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsini təmin etməlidir ki, qiymət artımı baş verməsin.
Çünki Ai-92 markalı benzin qalxması haqqında gedən söz-söhbətlər nəinki aşağı təbəqənin, hətta, orta təbəqənin ciddi narahatçılığına səbəb olub. Odur ki, hökumət indiki məqamda bu məsələlərə həssas yanaşmalı və digər sahələrdə qiymtə artımına yol verməməlidir. Çalışıb prosesləri tənzimləməlidir. Qiymət artımı sosail təbəqələr arasında ciddi disbalansa səbəb ola bilər ki, bunun da fəsadlarının nəyə gətirəcəyini hesablamaq elə də asan deyil”- deyə, millət vəkili bildirib.