Bu gün:
Xezer.info » Hadisə » Azərbaycanda yol terroru - 6 ölü, 19 yaralı

Azərbaycanda yol terroru - 6 ölü, 19 yaralı


Azərbaycanda yol terroru - 6 ölü, 19 yaralı
Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb.

Məlumata görə, Bakının Nərimanov rayonunda yol qəzasını dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib.

“Mercedes” markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb.

Nərimanov rayonunda baş verən digər hadisədə isə “Hyundai” markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb. (Apa)