Bu gün:
Xezer.info » Xəbər » Deputatın universiteti nazirliyi və PA-nı saymır – rüşvət burulğanı

Deputatın universiteti nazirliyi və PA-nı saymır – rüşvət burulğanı


Deputatın universiteti nazirliyi və PA-nı saymır – rüşvət burulğanı
Azərbaycan Kooperasiya Universiteti Təhsil Nazirliyini, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsini, Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevi prezident İlham Əliyevi saymır.

24saat.org-a daxil olan xəbərə görə, təhsil ocağındakı özbaşınalıq, qanunsuz tələbə qəbulu, rüşvətin leqallaşması bunu deməyə əsas verir.

Deputat Eldar Quliyevin rektor olduğu bu ali məktəbdə hər semestr qabağı olduğu kimi bu dəfə də tələbələrdən imtahan pulları alınır.

Kooperasiya Universitetində də artıq rüşvət yığımı start götürüb. Tələbələrdən semestr pulları toplanmağa başlanıb.

Burada imtahan qiymətləri 80-100 manatdan başlayır. Bu universitetdə rektorun köməkçisi Rövşən Oruc oğlu Məmmədovun rüşvət alarkən cinayət başında yaxalanması da korrupsiyanın kökünü kəsməyib.

Yenə də universitetdə tələbələrdən pul yığılır. Mənbənin xəbərinə görə, AKU-da hər semestr hər tələbə 200-300 manat verməyə məcbur edilir.

24saat.org xatırladır ki, 2015-ci ildə sözügedən təhsil ocağında sensasion qalmaqal baş vermişdi. Ağdam rayon sakini Sədrəddin Cahid oğlu Quliyev mətbuata başına gələnləri danışmışdı.

Övladı Gürcüstanın Açıq Tədris Universitetindən ailə vəziyyəti ilə bağlı Azərbaycandakı universitetlərdən birinə köçürülməsi zamanı ortaya çıxmış sənədlərin saxtalığı ilə üz-üzə qalıb. O, ona 14600 manata başa gəlmiş sənədləri də mətbuata təqdim edib.

Həmin sənədlər Azərbaycan Təhsil Nazirliyindən, təhsil nazirinin müavini C.Bayramovun imza və möhürü ilə təsdiqlənmiş rəsmi məktubdan, Azərbaycan Kooperasiya Universitetinin möhürlü-ştamplı tələbə biletindən, adı çəkilən universitetin kassasına ödənilmiş 1200 manatlıq ödənişin qaimə-qəbzindən, nəhayət, şikayətçinin övladının tələbə olması barədə aidiyyəti dövlət müəssisələrinə göndərilmiş arayışlardan… ibarətdir.

Və şikayətçi S.Quliyev günlərin birində əlində olan rəsmi sənədlərlə Azərbaycan Kooperasiya Universitetinə gedir və oğlunun ikinci kursda oxuyacağını bir daha müdiriyyətdən dəqiqləşdirmək istəyir.

Lakin ona Təhsil Nazirliyindən hər hansı bir göndərişin olmadığı bildirilir… Həmçinin Azərbaycan Kooperasiya Universitetində təqdim edilən sənədlərdə adı göstərilən tələbənin mövcud olmadığını və sənədlərin saxta olduğunu bildirirlər.

Bundan sonra şikayətçi ondan 14600 manat pul almış İsmayılov Asəf Nadir oğluna müraciət edir. Qarşı tərəf əməlini etiraf edərək səs-küy salmadan pulu təcili olaraq qaytaracağına söz verir. Amma pul mənimsənilir.