Bu gün:
Xezer.info » Cəmiyyət » Rəşad Məmmədov dövlətə vurduğu 254 minlik ziyanı ödəyib

Rəşad Məmmədov dövlətə vurduğu 254 minlik ziyanı ödəyib


Rəşad Məmmədov dövlətə vurduğu 254 minlik ziyanı ödəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə baxış iclası davam etdirilib.

Təqsirləndirilən Arzu Məmmədov proses iştirakçılarının suallarını cavablandırarkən deyib ki, Rəşad Məmmədovdan heç bir tapşırıq almayıb. O bildirib ki, yalnız İ.İsfəndiyarovun tapşırığı əsasında Zabil Salmanovla görüşüb və ona obyekti satmasını təklif edib. A.Məmmədov Z.Salmanova hədə-qorxu gəlmədiyini deyib və özünü təqsirli bildiyini qeyd edib.

İclasda Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov ifadə verib. O deyib ki, Rəşad Məmmədov dövlətə 254 min 676 manat ziyan vurub, lakin bu məbləğ ödənilib.

Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.

Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.