Bu gün:
Xezer.info » Dünya » Terror MİT-i hərəkətə gətirdi

Terror MİT-i hərəkətə gətirdi


Terror MİT-i hərəkətə gətirdi
Türkiyədə artan terror hücumları Azad Suriya Ordusunu (ASO) hərəkətə gətirib. Qarşıdurmalarda əsir götürülən xeyli suriyalı terrorçu dindirilməsi üçün Milli İstihbarat Təşkilatına (MİT) təhvil verilib.

Axar.az xəbər verir ki, terror hücumlarının əksəriyyəti Suriyadan gələn silahlılar tərəfindən törədildiyindən şübhəlilərin dindirilməsi zamanı vacib məlumatların ortaya çıxacağı təxmin edilir.

ASO-nun yaxaladığı silahlılar arasında PYD, İŞİD və PKK üzvləri üstünlük təşkil edir.

Xatırladaq ki, dünən Suriya parlamentinin spikeri Xalid Abbud terror hücumlarının dayandırılması üçün rəsmi Ankaraya əməkdaşlıq təklif etmişdi.