Bu gün:
Xezer.info » Xəbər » Daha bir ölü qurum ləğv edilir -hökumət “Azərittifaq”ı ləğv edir - İslahat

Daha bir ölü qurum ləğv edilir -hökumət “Azərittifaq”ı ləğv edir - İslahat


Daha bir ölü qurum ləğv edilir -hökumət “Azərittifaq”ı ləğv edir - İslahat
Sovet dönəmində kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə "Azərittifaq” - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı deyilən bir qurum məşğul olub. İndi həmin qurum fəaliyyətsizdir.


Əslində bu tədarük işini onlar həyata keçirməli idi. Onların nə qədər əmlakı vardı. Həmin əmlak hara getdi, talan edildi, ya necə oldu, bilinmədi. Bu dəqiqə belə bir təşkilat yox kimidir. Heç dövlət özəlləşmə proqramında da "Azərittifaq”ın adı yoxdur.

Aqrar sektor üzrə ekspertlər də bu qənatədədir ki, belə təşkilatın yaşaması lazımsızdır. Bu qurum əhaliyə xidməti müasir tələbə uyğun təşkil etməyəcək.

"Azərittifaq” İdarə Heyətinin sədri, deputat Eldar Quliyev isə qeyd etmişdi ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində yaranmış passivliyə səbəb satış məntəqələrinin onların tərkibindən çıxması olub. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərən meyvə-tərəvəz mağazaları ləğv edilib.


Gələn son məlumatlara görə, deputatın ölü qurumu birdəfəlik dəfn edilir. Hökumət lazımsız qurumları struktur islahatlarına görə ləğv etmək və ya birləşdirmək qərarı verib.

Məlum olub ki, ölkənin bütün bölgələrinə səpələnmiş kooperativ təşkilatlarının toplam ticarət dövriyyəsi (2,2 milyon manat) bir supermarket qədər də deyil.

Əksər kooperativ təşkilatları isə ticarət fəaliyyəti göstərmir, olsa-olsa, dükanları icarəyə verib. Dövlət büdcəsinə vergi ödəmələri isə 671 min manat olub.

Qurumun Xırdalanda meyvə-tərəvəz bazası, bir neçə rayonda isə anbarları qalıb. Amma məsələ bununla bitmir, bəlli təminat da verilməlidir.

"Azərittifaq”da ondan ehtiyatlanırlar ki, kəndlidən beh qarşılığında satın alınan meyvə-tərəvəz və quru meyvələr müəyyən səbəbdən «əllərində qalar» və beləcə, zərərə düşərlər.

İdarə Heyətinin sədri Eldar Quliyevin məhz təminat almaqdan ötrü kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdüyü bildirilir.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, qurumun ləğvi kifayət qədər rüal görünür. Payçılar mətbuatda dəfələrlə deputat Eldar Quliyevi «Azərittifaq»ın əmlakını talamaqda ittiham ediblər.

Bununla bağlı konkret faktlar səsləndiriblər, satılan obyektlərin siyahısını mətbuata təqdim ediblər. Ancaq qarşı tərəf bu ittihamları qəbul etməyib. "Azərittifaq” bir təşkilat kimi artıq özünü doğrultmur və onun yaxın vaxtlarda bağlanması gözlənilir.

Bu təşkilatın iki işlək müəssisəsi qalıb. Onlar da adıçəkilən universitet və kollecdir. Eldar Quliyevin əsas məqsədi onları ələ keçirməkdir.

Bu təhsil müəssisələrinin hər ikisi öz vəsaitləri hesabına özlərini yaşadırlar. Hansısa təşkilata ikinci təsisçi o zaman cəlb oluna bilər ki, müəssisə özünü yaşada bilməsin. Əlavə investisiyaya ehtiyac olsun, yaxud müəssisənin gəlirləri azalsın.//politika.az