Bu gün:
Xezer.info » Dünya » Vali açıqladı: Terroru PKK törədib

Vali açıqladı: Terroru PKK törədib


Vali açıqladı: Terroru PKK törədib
İzmir valisi Erol Ayyıldız bu gün baş verən terror aktı ilə bağlı açıqlama yayıb.

Musavat.com Türkiyə mediasına istinadən həmin açıqlamanı təqdim edir: "Bayraqlı ədliyyə binasının önündən bir yük maşını keçərkən polis onu durdurmaq istəyib. Bundan sonra terrorçular dərhal atəş açmağa başlayıblar. Çıxan silahlı toqquşmada maşından qaçmağa çalışan terrorçular onu partlatmağa nail olublar. Həmin atışmada təəssüf ki, bir polis məmuru və bir məhkəmə işçisi şəhid olub. Yaralı 5 vətəndaşımız var".

2 terrorçunun öldürüldüyünü söyləyən E.Ayyıldız “Əldə olunan məlumatlara görə, bu terror aktı PKK tərəfindən törədilib”, - deyə bildirib.

E.Ayyıldız daha bir terrorçunun axtarışının davam etdiyini də sözlərinə əlavə edib.
.