Bu gün:
Xezer.info » İdman » “Barselona”nın ulduzu Arda Turanı Azərbaycan millisinin baş məşqçisinə oxşatdı

“Barselona”nın ulduzu Arda Turanı Azərbaycan millisinin baş məşqçisinə oxşatdı


“Barselona”nın ulduzu Arda Turanı Azərbaycan millisinin baş məşqçisinə oxşatdı
Xorvatiya millisinin ulduz futbolçusu İvan Rakitiç Avropa Çempionatı haqqında danışıb. “Xezer.info” xəbər verir ki, o, fikirlərini bildirərkən Türkiyə millisindən də yan keçməyib.

Rakitiç “Barselona”da birlikdə oynadıqları Arda Turanı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə bənzədib: “Arda insan olaraq əladır. Hər zaman gülümsəyir. Oyunçu kim haqqında danışmaq istəsək, kitab yazmalıyıq. Topla çox yaxşı rəftar edir. O, mənə Robert Prosineçkini xatırladır. Ardaya qarşı xüsusi hazırlıq görməliyik. Qapıya yaxınlaşdısa, çox təhlükəlidir. Müdafiəmiz ona qarşı diqqətli olmalıdır”.

Qeyd edək ki, Xorvatiya millisi Avropa Çempionatında ilk oyununu Türkiyəyə qarşı keçirəcək. Qarşılaşma iyunun 12-i saat 17:00-da başlayacaq.