Bu gün:
Xezer.info » Siyasət » Türkiyədə zabitlərin arvadları saxlanıldı – Müdhiş səbəb

Türkiyədə zabitlərin arvadları saxlanıldı – Müdhiş səbəb


Türkiyədə zabitlərin arvadları saxlanıldı – Müdhiş səbəb
Türkiyənin 31 vilayətində keçirilən əməliyyat nəticəsində 105 hərbçinin həyat yoldaşı saxlanılıb.

Axar.az Yeni Şəfəq-ə istinadən xəbər verir ki, onlar 2010-cu ildən bəri dövlət qurumlarında işləmək üçün keçirilən sınaq imtahanlarında (KPSS) saxtakarlıq etməkdə şübhəli bilinirlər. Məlumata görə, həbs edilən qadınların ikisinin həyat yoldaşı polkovnik, 14-ün əri polkovnik-leytenant, 40-nın əri mayor, 40-nın həyat yoldaşı kapitan, 4-nünkü isə baş leytenantdır.

Şübhəlilərdən 75-nin hələ də dövlət orqanlarında çalışdığı məlum olub. Onlardan 74-ü barəsində həbs qətimkan tədbiri seçilib.