ŞAD XƏBƏR: 2017-ci ildə maaşlar ARTACAQ
31-dek-2016“İstəyimiz odur ki, əhalinin sosial rifah halı da yaxşılaşsın”.
2015-ci ilin dövlət büdcəsində yaşayış minimumu 131 manat, ehtiyac meyarı isə 105 manat məbləğində müəyyənləşib. Xezer.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, hələ 2008-ci ildə yaşayış minimumu 70 AZN həddində idi:
“Manatın son dövrdəki inflyasiyasını araşdırandan sonra aydın oldu ki, hazırkı 131 manat əhalinin alıcılıq qabiliyyətinə görə əvvəlki illərə nisbətən yüksək rəqəmdir. İstəyimiz odur ki, bu məbləğ yüksəlsin və müvafiq olaraq əhalinin sosial rifah halı da yaxşılaşsın”.
H.Rəcəbli vurğuladı ki, bu artıma uyğun olaraq tarif cədvəlində 19 bənd üzrə artımlar qeydə alınacaq, əməkhaqqı fondunda yüksəliş qeydə alınacaq. Yaşayış minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamalar, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır.
Komitədə həmçinin, ehtiyac meyarı məbləğinin 105 AZN məbləğində müəyyənləşməsi ilə bağlı məsələ də müzakirə olundu.
Hadı Rəcəbli bildirdi ki, bu məbləğ mütləq bir rəqəmə əsaslanmır, yaşayış minimumuna uyğunlaşdırılır”.