Bu gün:
Xezer.info » Xəbər » Prezidentdən xalqa növbəti müjdə: su-kanalizasiya puluna da güzəşt gözlənir

Prezidentdən xalqa növbəti müjdə: su-kanalizasiya puluna da güzəşt gözlənir


Prezidentdən xalqa növbəti müjdə: su-kanalizasiya puluna da güzəşt gözlənir
Prezident İlham Əliyevə xalqa növbəti şad xəbəri verə bilər

Qaz və işıq limitinin su və kanalizasiya ilə bağlı da veriləcəyi gözlənilir.

Məlumatda deyilir ki, yaxın günlərdə bu qərar açıqlana bilər. Ölkə rəhbərliyi xalqın sosial vəziyyətini nəzərə alaraq su və kanalizasiya tariflərinin aşağı salınması istiqamətində tapşırıqlar verəcəyi deyilir.

Xalqın yanvardan maddi durumunun pisləşəcəyi məlum məsələdir. Manatın ucuzlaşması və xərclərin artması, bahalaşma əhalinin dolanışığını çətinləşdirib.

Dekabrdan işığın tarifləri bahalaşıb, yanvardan isə qaz yeni qiymətlərlə əhaliyə satılacaq. Hər iki qurumun fəaliyyətindən ciddi şəkildə narazılıqlar baş qaldırmaqdır.

Elə gün yoxdur ki, vətəndaşlar qaz və işıq problemindən şikayət etməsinlər. Buna görə də su-kanalizasiya tariflərində güzəştlər gözlənilir.

Politika.Az-ın əldə etdiyi məlumata görə, prezidentin Strateji Yol xəritəsində də bu müddəalar yer alıb.

"Azərsu” ASC yaxın illərdə ölkədə su ehtiyatları və ondan istifadənin uçotunun təkmilləşdirilməsi, təbii sərvətin məsuliyyətli şəkildə idarə edilməsi, istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmini, ümumilikdə su təsərrüfatının idarə olunmasında effektivliyin yüksəldilməsi istiqamətində təkmil normativ-hüquqi baza yaratmaqla zəruri tədbirlər görəcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Sənədə əsasən, görüləcək işlərin nəticəsi olaraq, "Azərsu” itkilərin səbəblərini və bu itkilərin ən çox baş verdiyi sahələri müəyyən etmək üçün, zərurət yaranacağı halda ekspertlər cəlb etməklə, mövcudşəbəkənin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək. Eyni zamanda sənəddə bildirilir ki, müvafiq dövlət qurumu su və kanalizasiya xidmətləri üzrə optimal tarif səviyyəsini nəzərdən keçirəcək.