Bu gün:
Xezer.info » Sosial » Dəmiryol Xəstəxanası boşaldılır - Özəlləşdirməyə hazırlıq

Dəmiryol Xəstəxanası boşaldılır - Özəlləşdirməyə hazırlıq


Dəmiryol Xəstəxanası boşaldılır - Özəlləşdirməyə hazırlıq
Dəmiryol Xəstəxanasının boşaldılmasına başlanılıb

Cebhe.info-ya daxil olan məlumata görə, yaxın vaxtlarda Azərbaycanın məşhur tibb müəssisələri özəlləşdirməyə çıxarılacaq. Bunların içərisində Dəmiryol Xəstəxanasının adı da var. Artıq xəstəxananın boşaldılmasına başlanılıb. İlin sonuna qədər bu proses yekunlaşmalıdır.

Qeyd edək ki, Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası, Dəmiryol, Sutikinti xəstəxanaları, eləcə də Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzi də özəlləşməyə çıxarılır. Bundan başqa Dəmiryol Yollarının Bakıda və rayonlardakı dəmiryol xəstəxanaları və ambulatoriyaları da özəlləşdiriləcək.

Bura Bakı Dəmir Yolu Xəstəxanası, Mərkəzi Dəmir Yolu Xəstəxanası Mərdəkandakı Əncirli Uşaq Dəmir Yolu Xəstəxanası, Gəncə, Hacıqabul, İmişli, Ələt, Salyyandakı dəmiryol xəstəxanaları aiddir. Özəlləşdirməyə açılan obyektlərin bir hissəsi stomatoloji poliklinikadır. Onların arasında Bakının Nərimanov rayonunda Təbriz küçəsində (Nərimanov metrosunun) yerləşən tanınmış Respublika Uşaq Stomatologiya Mərkəzi də var.