Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq etdi
28-dek-2016Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib.
Modern.az saytının Rusiya KİV-nə istinadla xəbərinə görə, Medvedev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rusiyanın Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanla danışıqlar aparmaq və razılıq əldə olunacağı təqdirdə Rusiya Nazirlər Kabineti adından sazişi imzalamaq tapşırılır.