Bu gün:
Xezer.info » Siyasət » Xələf Xələfovdan iranlıların Qarabağda məscid bərpasına REAKSİYA

Xələf Xələfovdan iranlıların Qarabağda məscid bərpasına REAKSİYA


Xələf Xələfovdan iranlıların Qarabağda məscid bərpasına REAKSİYA
"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir".



Trend xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov işğal olunmuş ərazilərimizdə İrandan olan mütəxəssislər tərəfindən məscidin bərpası məsələsinə münasibət bildirərkən deyib.



Nazir müavini bu məsələnin həssas olduğunu qeyd edib: "Ermənistan çalışır ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət aparsın, burada xaricdə yaşayan erməniləri məskunlaşdırsın. Bunlar hamısı beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir və beynəlxalq hüquq baxımından bu fəaliyyət tanınmır. Ona görə də istənilən ölkə və istənilən fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdə aparılan fəaliyyətlər qeyri-qanunidir".