Bir ailənin 5 üzvü ölümlə savaşır
27-dek-2016Salyan rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
APA xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1970-ci il təvəllüdlü Şahmarov Rahil Əlif oğlu, 1999-cu il təvəllüdlü Şahmarov Əlifxan Rahil oğlu, 1935-ci il təvəllüdlü Şahmarova Mülayim Soltan qızı, 1972-ci il təvəllüdlü Şahmarova Gülşən Bahadur qızı və 1998-ci il təvəllüdlü Şahmarova Nüranə Rahil qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Ailə üzvlərindən ikisinin vəziyyəti ağır qiymətləndirilir.