Bu gün:
Xezer.info » Hava » Şimal küləyi əsəcək, şaxta olacaq

Şimal küləyi əsəcək, şaxta olacaq


Şimal küləyi əsəcək, şaxta olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.



Havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək.



Tibbi-meteoroloji proqnoz



Dekabrın 28-30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.



Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.