Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
27-dek-2016Azərbaycan Gömrük Xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır.
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan gömrüyü hər il olduğu kimi cari ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.
Artıq 2016-cı ilin sonuna bir neçə gün qalmasına baxmayaraq, dekabrın 27-nə olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 124,12 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir.