Bu gün:
Xezer.info » Kriminal » Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəməsi oldu

Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəməsi oldu


Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəməsi oldu
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin şikayətinə baxılıb.

"Xezer.info"nun verdiyi xəbərə görə, hakim Qədim Babeyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Vəkil Şəmsəddin Quliyev vəsatət verərək mərhum Rasim Əliyevin rentgen müayinlərinin nəticələrinin araşdırılmasını istəyib.

Məhkəmə kollegiyası vəsatətlə tanış olmaq üçün fasilə elan edib.

Məhkəmə prosesi iyunun 17-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar hökmdən apellyasiya şikayəti veriblər.