TRT-də əməliyyat — 35 nəfər həbs olundu
22-dek-2016Türkiyədə "FETÖ" əməliyyatı çərçivəsində TRT kanalının 35 keçmiş əməkdaşı saxlanılıb.
Redaksiyamız Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat 12 şəhərdə aparılıb.
Onların "ByLock" xəbərləşmə sistemindən istifadə etdiyi deyilir.
Ümumilikdə TRT-nin 68 əməkdaşı barədə həbs qərarı çıxarılıb.