Azərbaycan nefti bahalaşdı — 57 dollar
21-dek-2016Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar artaraq 53,30 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 55,51 dollar olub.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,14 dollara bərabər olub.