Bu gün:
Xezer.info » Hava » Bu rayonlara dünən dolu yağıb

Bu rayonlara dünən dolu yağıb


Bu rayonlara dünən dolu yağıb
İyunun 9-u gündüzdən 10-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Xezer.info"ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56, Lənkəran-Astara zonasında 1-22, Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.

İyunun 09-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri 18 mm olan dolu düşüb.