Bu gün:
Xezer.info » Sosial » Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.


Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
16 dekabr 2016-cı il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin Nərimanov rayonunda yerləşən binasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və 120 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədri Rəsul Həşimov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihənin vəzifəsi gənclərə biznes üzrə təlimlərin keçirilməsi, onlara müvafiq qanunvericilik haqqında məlumat vermək, biznes layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin keçirilməsidir. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. O.Nəbiyev qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.

Sonda ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində keçirilir və Azərbaycan Dövlət İqtisad Universiteti artıq ikinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk təlimi Azərbaycan Kooperasiya Universitetində keçirilib.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.